Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan AK Parti Milliyyetçi Harekat Partiyası (MHP) Devlet Bahçeli

Cümhur İttifaqı bugün ümumi namizədləri müzakirə edəcək

Bakı. TurkicWorld:

Türkiyənin Cümhur İttifaqı bələdiyyə seçkilərində hansı vilayət və rayonlarda ümumi namizəd irəli sürəcəyi ilə bağlı müzakirə aparacaq.

TurkicWorld xəbər verir ki, bugün Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) heyətləri arasında görüş baş tutacaq.

Məlumata əsasən, işin yekun formasını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Devlet Bahçeli müəyyənləşdirəcək.

Qeyd edək ki, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər