İsrail əsgərləri Anadolu Agentliyinin jurnalistinə hücum edib

İsrail əsgərləri Anadolu Agentliyinin jurnalistinə hücum edib

Bakı. TurkicWorld:

İsrail əsgərləri Türkiyənin Anadolu Agentliyinin foto-müxbiri Mustafa Harufa hücum edib.

TurkicWorld xəbər verir ki, hadisə bir qrup fələstinlinin Məscidül-Əqsa yaxınlığındakı Vadi əl-Cövz bölgəsində namaz qılmaq üçün toplaşdığı zaman baş verib.

İsrail polisi hadisəni izləyən AA foto-müxbiri Harufa əvvəlcə silah çəkib, sonra onu yerə yıxaraq təpikləyib.

Məlumata əsasən, jurnalist xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 18 min 787-ə çatıb.

X: Lamanasadli01