ABŞ İsrailə verdiyi dəstəyi dayandırsa atəşkəs təmin oluna bilər - Ərdoğan

ABŞ İsrailə verdiyi dəstəyi dayandırsa atəşkəs təmin oluna bilər - Ərdoğan

Bakı. TurkicWorld:

ABŞ İsrailə verdiyi dəstəyi dayandırsa atəşkəs təmin oluna bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Bayden ilə telefon danışığı zamanı deyib.

Görüşdə Qəzza başda olmaqla İsrailin Fələstin ərazilərinə hücumları, Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib.

Ərdoğan bildirib ki, Qəzzada baş verən insanlıq faciəsi bir an əvvəl dayandırılmalıdır.

“Son günlər həm dünya, həm də ABŞ ictimai rəyi bu tələbi daha yüksək səslə dilə gətirir. Bölgədə ən qısa zamanda daimi atəşkəsin təmin edilməsi ABŞ-ın tarixi məsuliyyətidir” – deyə o qeyd edib.

Ərdoğan Türkiyənin təklif etdiyi qarant mexanizminin yaradılması, verilən vədlərə əməl edərək, müstəqil, suveren, ərazi bütövlüyü və 1967-ci il sərhədləri əsasında paytaxtı Qüds olan Fələstin dövlətinin qurulmasının ən ağlabatan və daimi həll yolu olduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, Ərdoğanla Bayden arasında keçirilən görüşdə F-16 məsələsi də müzakirə edilib.

Hafiz Rufizoğlu