Türkiyə Silahlı qüvvələri regional və qlobal sabitliyə töhfə verməyə davam edir - Türkiyə MN

Türkiyə Silahlı qüvvələri regional və qlobal sabitliyə töhfə verməyə davam edir - Türkiyə MN

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri terrorla mübarizə və sərhəd təhlükəsizliyi vasitəsilə vətənin hüquq və mənafelərini qorumaqla yanaşı, regional və qlobal sülh və sabitliyə də töhfə verməkdə davam edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.

"Fələstində baş verən zorakılıq hərəkətlərini qəbul etmirik və Qəzza ilə bağlı əvvəldən nümayiş etdirdiyimiz humanist, vicdanlı və ədalətli rəftar və yanaşmamıza bu gün də davam edirik. Bizim gözləntimiz, sülh üçün bütün səyləri davam etdirmək və dərhal daimi atəşkəsin elan olunmasıdır. 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan suveren, müstəqil və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılması, təkcə sülh üçün deyil, həm də regional və beynəlxalq sabitlik üçün vacibdir",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 18 min 608-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_