İlin əvvəlindən iki mindən çox terrorçu zərərsizləşdirilib – Yaşar Güler

İlin əvvəlindən iki mindən çox terrorçu zərərsizləşdirilib – Yaşar Güler

Bakı. TurkicWorld:

İlin əvvəlindən iki mindən çox terrorçu zərərsizləşdirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə naziri Yaşar Güler deyib.

Yaşar Güler ​​Türkiyə Böyük Millət Məclisində rəhbərlik etdiyi nazirliyin büdcəsini təqdim etmək üçün çıxış edib.

“Ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizənin ən uğurlu dövrünü yaşayırıq. Separatçı terror təşkilatı ölkədə məhv olmaq həddinə çatdırılıb. Sərhədlərimizdə yaradılması arzulanan terror dəhlizi dağıdılıb. Bu ilin əvvəlindən 2 min 67 terrorçu zərərsizləşdirilib.” – deyə nazir bildirib.

O qeyd edib ki, FETÖ ilə mübarizə amansızlıqla davam etdirilir.

Məlumat üçün bildirək ki, 15 iyul 2016-cı il tarixinə 23 min 971 nəfər Türkiyə Silahlı Qüvvələrindən xaric edilib.

Hafiz Rufizoğlu