Son dəqiqə

Resmi Gazete

Magistratura və doktorantura təhsili alan qəzzalıların təhsil haqlarını Türkiyə qarşılayacaq

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi Gazete"də dərc olunan qərara əsasən, ailəsi və ya özləri Fələstində- Qəzzada yaşayan, magistr və doktorantların təhsil haqları Türkiyə tərəfindən qarşılanacaq.

TurkicWorld bunu "Resmi Gazete"yə istinadən xəbər verir.

"Müvafiq olaraq, 2023-2024-cü tədris ilinin yaz semestrində Qəzzada yaşayan və hər hansı dövlət ali təhsil müəssisəsində formal təhsil proqramlarında iştirak edən magistr və doktorantların təhsil haqları Türkiyə tərəfindən qarşılanacaq",- deyə məlumatda bildirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər