Yunanıstanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək

Yunanıstanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Yunanıstanın Müdafiə naziri Nikos Dendias, fevral-mart aylarında Türkiyəyə rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər məlumat verib.

"Biz Yunanıstanla qarşılıqlı hörmət çərçivəsində təlimlər və hərbi fəaliyyətlər keçirəcəyik. Müdafiə naziri Dendias Türkiyəyə gəlmək istəyir. Onun səfəri zamanı, fevral-mart ayları arasında zəlzələ zonasında birlikdə araşdırmalar aparacağıq",- deyə nazir bildirib.

Yaşar Gülər vurğulayıb ki, İsveçin NATO üzvlüyü prosesində Danimarka Parlamentinin Qurani-Kərimin yandırılmasını qadağan edən qərar qəbul etməsini nümunəvi hesab edirəm. Ümid edirəm ki, regionun digər ölkələri də oxşar qərarlar verəcəklər. İsveç hələ də real vədlərini yerinə yetirə bilməyib. Hər ölkənin parlamenti var. Amma unutmaq olmaz ki, Türkiyənin də parlamenti var.

Aytac Süleymanova

Twitter: a_alieva_