Türkiyə XİN rəhbəri amerikalı həmkarı Blinkenlə görüşəcək

Türkiyə XİN rəhbəri amerikalı həmkarı Blinkenlə görüşəcək

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, ABŞ-la təmasları çərçivəsində, qarşı tərəfin tələbi ilə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.

TurkicWorld-un məlumatına görə, Hakan Fidan da daxil olmaqla İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası təmas qrupu Vaşinqtondadır. ABŞ tərəfinin tələbi ilə Hakan Fidan, Blinkenlə ikitərəfli görüş keçirəcək.

Onu da qeyd edək ki, Təmas qrupu sabah Kanadada görüşlər keçirəcək və səfər zamanı Kanadanın baş naziri Castin Trüdo və Xarici İşlər naziri Melani Coli ilə iki ayrı görüşün də keçirilməsi planlaşdırılır.

Aytac Süleymanova

Twitter: a_alieva_