Bakı. TurkicWorld:
ABŞ regional sülh və rifah üçün Yunanıstan-Türkiyə danışıqlarını dəstəkləyir.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi açıqlama verib.
"Vaşinqton Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın baş naziri Kiriakos Miçotakis arasında Afinada keçirilən danışıqları dəstəkləyir", - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, 7 dekabr tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci iclasında iştirak etmək üçün Afinaya rəsmi səfər edib. İclas çərçivəsində Türkiyə ilə Yunanıstan arasında təhsil, enerji, nəqliyyat, turizm və ticarət sahələrində razılaşmalar, anlaşma memorandumları və bəyannamələr imzalanıb.