Bakı. TurkicWorld:
Qeyri-qanuni miqrasiya ümumi problemdir və birgə səylər tələb edir.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İstər siyasi qeyri-sabitlik, istərsə də fərqli narahatlıqlar səbəbindən dünyada miqrasiya hərəkətlərində əhəmiyyətli artım var. Həmişə qeyd etdiyimiz kimi, bu vəziyyət dövlətlərin təkbaşına öhdəsindən gələ biləcəyi bir məsələ deyil. Axı qeyri-qanuni miqrasiya ümumi problemdir və birgə səylər tələb edir. Təbii ki, ölkədə nizamsız miqrasiya ilə mübarizəmizi gərgin səylərimizlə davam etdiririk. Avropa İttifaqının Türkiyəyə bu məsələdə dəstəyi vacibdir və miqrasiyanın mənbəyində qarşısının alınması üçün bərabər məsuliyyətin paylaşılmasını nəzərdə tutan birgə addımlar atılmalıdır",- deyə Ərdoğan bildirib.
Bunun təkcə Türkiyə-Yunanıstan əməkdaşlığı və ya Egeydəki miqrasiya hərəkətləri ilə məhdudlaşmamalı olduğunu vurğulayan Ərdoğan, bütün beynəlxalq ictimaiyyətin iştirakını tələb edən son dərəcə geniş miqyaslı mübarizənin lazım olduğunu qeyd edib.
"Bu mövzuda hər zaman səmimi əməkdaşlığa açıq olmuşuq və belə də olmağa davam edirik. Üstəlik, miqrasiya məsələsi müharibələr bitsə belə dünya gündəmindən silinməyəcək problem sahəsidir. Bunlardan biri Qlobal iqlim dəyişikliyinin mənfi nəticələri iqlim miqrasiyasıdır və bunun gələcəkdə daha da artacağına dair proqnozlar var. Ona görə də biz bu problemin daimi həlli yolları və işləmə mexanizmlərini hazırlamalıyıq",- deyə Türkiyə prezidenti əlavə edib.