Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığımızı davam etdirməyə hazırıq - Bolat

Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığımızı davam etdirməyə hazırıq - Bolat

Bakı. TurkicWorld:

Avropa Komissiyası ilə konstruktiv əməkdaşlığımızı davam etdirməyə hazırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə-Hollandiya Birgə İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) iclası üçün Hollandiyaya səfəri çərçivəsində bildirib.

Nazir Bolat onu da qeyd edib ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Cosep Borrell və Aİ Komissiyasının genişlənmədən məsul üzvü Oliver Varhelyi tərəfindən hazırlanan hesabat Türkiyə-Aİ münasibətlərindəki son qarşılıqlı irəliləyişi tam əks etdirmir.

"Hesabatda Gömrük İttifaqının yenilənməsi, türk iş adamları üçün vizaların asanlaşdırılması və yüksək səviyyəli ticarət dialoqunun qurulması kimi Türkiyə ilə Aİ arasında iqtisadi və ticari əlaqələrin yaxşılaşdırılmasına dair tövsiyələri qeydə alırıq. Bu sahələrdə irəliləyiş hər hansı bir şərtdən asılı olmamalıdır. Gözləntimiz ondan ibarətdir ki, hesabatın nəticələri dekabrın ortalarında keçiriləcək Aİ Liderlər Sammitinin qərarlarında öz əksini tapacaq", - deyə o əlavə edib.

X: Lamanasadli01