Bakı. TurkicWorld:
Əlcəzairdən yola çıxan "Ouqarta" maye qaz gəmisi dekabrın 2-də Türkiyədə olacaq.
TurkicWorld-un məlumatına görə, Əlcəzairin Arzew limanından yola düşən mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi "Ouqarta" ümumi tutumu 171 min 800 kubmetrdir.
Gəminin dekabrın 2-də BOTAŞ FSRU (Üzən LNG Saxlama və Qazlaşdırma Vahidi) Terminalında yanaşması planlaşdırılır.
Qeyd edək ki, Əlcəzair bayraqlı gəmi 2017-ci ildə tikilib.
Aytac Süleymanova
Twitter: a_alieva_