Baykar şirkəti Qəzzaya 286 milyon lira yardım etdi

Baykar şirkəti Qəzzaya 286 milyon lira yardım etdi

Bakı. TurkicWorld:

Türkiyənin Baykar şirkəti Qəzzaya 286 milyon lirəlik (17 milyon manat) humanitar yardım edib.

Bu barədə TurkicWorld-a Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Baykarın Qəzzaya ayıracağını açıqladığı 286 milyon lirəlik (17 milyon manat) humanitar yardım AFAD və Türkiyə Diyanət Vəqfinə nağd ianə olaraq çatdırılıb.

"Fələstinlilərə göndərilməsi nəzərdə tutulan yardım paketində; qida, dərman və tibbi dəstək avadanlıqları da daxil olmaqla humanitar yardım ləvazimatları olacaq." - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar 20 oktyabrda sosial mediada Qəzzaya kömək üçün hərəkətə keçdiklərini açıqlayıb. Qəzzada baş verənlərin bəşər tarixinin ən ağır faciələrindən biri olduğuna diqqət çəkən Bayraktar: "Səssiz qalmaq, bu qırğınlara tərəf olmaq deməkdir", - deyə qeyd etmişdi.