Bakı. TurkicWorld:
Qərb İsrail-Fələstin münaqişəsində ikili standartlarla çıxış edir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
"İsrail ordusu Qəzzada günahsız insanları qətlə yetirir. Məktəblər və xəstəxanalar bombalanır. Qəzzanın ən böyük xəstəxanası dronlarla bombalanır. Avropa İttifaqının Qəzzada hərbi əməliyyatları dayandırmaq çağırışı sadəcə söz yığınından ibarətdir. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatı noyabrın 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Qəzza ilə bağlı toplantı keçirib. Ər-Riyad sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qədər səmimi mövqe sərgiləyən yox idi", - deyə o bildirib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ər-Riyadda keçirilən toplantısından sonra bitərəf ölkələri BMT-nin qətnaməsini qəbul edən 120 ölkənin tərəfinə çəkməyi hədəfləyən R.T. Ərdoğan dövlət başçıları ilə görüşərək atəşkəsə dəstək üçün səy göstərəcək.