Qəzzada münaqişələr qısa zamanda dayandırılmalıdır - Numan Kurtulmuş

Qəzzada münaqişələr qısa zamanda dayandırılmalıdır - Numan Kurtulmuş

Bakı. TurkicWorld:

Qəzzada münaqişələr ən qısa zamanda dayandırılmalıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

TBMM sədri onu da vurğulayıb ki, dünyanın yeni nizama ehtiyacı var.

"İsrail Fələstində qırğınlar törədir. Başda ABŞ olmaqla Qərb dünyası isə bu hadisələrə dəstək verir", - deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

X: Lamanasadli01