Türkiyədən Qəzzaya göndəriləcək yardım gəmisi bu gün yola düşəcək - Koca

Türkiyədən Qəzzaya göndəriləcək yardım gəmisi bu gün yola düşəcək - Koca

Bakı. TurkicWorld:

Türkiyədən Qəzzaya göndəriləcək yardım gəmisi bu gün yola düşəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib.

O, Qəzzaya yardım aparan gəminin saat 23:00-da (Türkiyə vaxtı ilə) İzmirdən Misirin Əl-Ariş limanına yola düşəcəyini açıqlayıb.

“Göndərilən yardım Misirə çatan ilk yük gəmisi olacaq. Gəmidə səkkiz səhra xəstəxanası var. Qəzzada müalicəsi yarımçıq qalan xərçəngli uşaqlar Türkiyəyə gətiriləcək. Bunun üçün Misir, İsrail və Türkiyə arasında koordinasiya mərkəzi yaradılıb" – deyə Fahrettin Koca bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 569 nəfərə çatıb.

Hafiz Rufizoğlu