Bakı. TurkicWorld:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlinə rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata əsasən, nazir Fidan Almaniya Federal Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə 2 noyabr 2023-cü il tarixində keçiriləcək “Avropa İttifaqının Genişlənməsi və İslahatları üzrə Xarici İşlər Nazirləri Konfransı”nda iştirak edəcək.
Konfransda Aİ-nin genişlənmə strategiyasının əsas dinamikası və həm İttifaqın, həm də namizəd ölkələrin atmalı olduğu addımlar barədə fikir mübadiləsi aparılacaq.
Türkiyə XİN rəhbərinin konfransdan əvvəl Almaniya Federativ Respublikasının Xarici İşlər Naziri Annalena Berbok ilə ikitərəfli görüşü və bəzi həmkarları ilə konfrans çərçivəsində təmasları da nəzərdə tutulur.
Ləman Əsədli
Twitter: Lamanasadli01