Türkiyə Qəzzada 20 səhra xəstəxanası quracaq

Türkiyə Qəzzada 20 səhra xəstəxanası quracaq

Bakı. TurkicWorld:

Türkiyə Qəzzanın Rəfah sərhəd-keçid məntəqəsinə yaxın ərazidə və Əl Ariş hava limanında 20 səhra xəstəxanası qurmaq üçün bütün hazırlıqları tamamlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

"Biz 40-a yaxın təcili tibbi yardım maşını göndərməyi planlaşdırmışıq və onlar xidmətə hazırdır. Səkkiz Koca Yusuf təyyarəsi ilə inkubatorlar, respiratorlar, çoxlu kiçik və böyük generatorlar göndərdik. 20 nəfərlik tibbi heyətimiz hələ də oradadır", - deyə o əlavə edib.

Nazir Koca onu da bildirib ki, Türkiyə bütün bunlarla bağlı Misir və Fələstin Səhiyyə nazirlikləri ilə sıx dialoq aparır, təhlükəsizliyin təmin olunmasını və icazələrin verilməsini gözləyirlər.

Ləman Əsədli

Twitter: Lamanasadli01