Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan TCG Anadolu

TCG Anadolu tipli təyyarə gəmilərimizin sayını artırmağı hədəfləyirik - Ərdoğan

Bakı. TurkicWorld:

TCG Anadolu tipli təyyarə gəmilərimizin sayını artırmağı hədəfləyirik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İspaniya ilə daha bir müqavilə bağlayacağıq. Bununla da TCG Anadolu-nun üst modellərini ölkəmizə gətirərək təyyarə gəmilərimizi 2-yə çatdıracağıq" – deyə Ərdoğan qeyd edib.

TCG Anadolu-nun xüsusiyyətləri

Tuzladakı Sedef Gəmiqayırma Zavodunda inşa edilən TCG Anadolu, uzunluğu 230 metr, eni 32 metr və ölçüsü 9 min 200 kvadratmetrdir. Uçuş göyərtəsinin yerləşdiyi gəmiyə 6 helikopter eyni anda enib qalxa bilməklə yanaşı, PUA-lar da yerləşdirilə bilər.

1200 hərbçinin olduğu TCG Anadolu-da 30 çarpayılıq xəstəxana və 2 əməliyyat otağı var.

TCG Anadolu humanitar yardım və nəzarət gəmisi vəzifələrində, xüsusilə amfibiya əməliyyatlarında və hava əməliyyatlarında da istifadə edilə bilər.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər