Türkiyənin Helsinkidəki səfirliyinə hücum edilib

Türkiyənin Helsinkidəki səfirliyinə hücum edilib

Bakı. TurkicWorld:

Finlandiyada Türkiyənin səfirliyinə boya və tüstü bombaları ilə hücum edilib.

TurkicWorld-un məlumatına görə, səfirlikdəki mənbələrdən əldə edilən məlumata görə, maskalı şəxslər kirayə götürdükləri velosipedlərlə boya və tüstü bombaları ilə hücum edib.

Qısa müddətdə hadisə yerinə polis və xilasetmə qrupları gəlib, hücumla bağlı araşdırma başlayıb.