Son 10 ayda 15 milyarddan çox türk lirəsi dəyərində narkotik və qaçaqmal ələ keçirilib - Bolat

Son 10 ayda 15 milyarddan çox türk lirəsi dəyərində narkotik və qaçaqmal ələ keçirilib - Bolat

Bakı. TurkicWorld:

Son 10 ayda 18,8 milyard türk lirəsi dəyərində narkotik və qaçaqmal ələ keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ticarət naziri Ömər Bolat bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda Türkiyə Daxili İşlər Nazirliyi ilə protokol imzalanacaq.

Nazir Bolat, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Konya şöbəsində keçirilən İş Dünyası Məşvərət Yığıncağında Konya ilə Türkiyənin birlik və bərabərlik içində inkişafı üçün daha çox çalışacaqlarını bildirib.

"620 milyard dollarlıq ticarət axını gömrük sərhəddindən keçir. Gömrükləri tez və effektiv şəkildə idarə etmək, qaçaqmalların, narkotik məhsulların və qaçaqmalçılığın qarşısını almaq bizim borcumuzdur. " – deyə Bolat qeyd edib.

Hafiz Rufizoğlu