SOLOTÜRK Trabzonda nümayiş uçuşu həyata keçirib

SOLOTÜRK  Trabzonda nümayiş uçuşu həyata keçirib

Bakı. TurkicWorld:

Türkiyə Hərbi Hava Qüvvələrinin akrobatika komandası SOLOTÜRK, Cümhuriyyətin 100 illiyi tədbirləri çərçivəsində Trabzonda nümayiş uçuşu həyata keçirib.

TurkicWorld-un məlumatına görə, Trabzon hava limanından havaya qalxan SOLOTÜRK pilotları, şəhərin əhəmiyyətli turizm mərkəzləri olan Qanita, Ayasofya Muzeyi və Boztəpə üzərindən Trabzon səmasında alçaqdan uçublar.

Qanita sahil zolağına toplaşan minlərlə insan iki təyyarənin həyata keçirdiyi nümayiş uçuşunu maraq və həyəcanla izləyib. Bəzi vətəndaşlar nümayişi mobil telefonları ilə lentə alıblar.

Nümayiş uçuşu təxminən 20 dəqiqə davam edib.

Aytac Süleymanova