Son dəqiqə

Fransa Beynəlxalq Enerji Agentliyi (BEA) Mehmet Şimşek Türkiyənin Maliyyə və Xəzinə Nazirliyi

Mehmet Şimşek Fransa İş Adamları və Sənayeçilər Dərnəyinin üzvləri ilə görüş keçirib

Bakı. TurkicWorld:

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek Fransa İş Adamları və Sənayeçilər Dərnəyinin üzvləri ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, nazir Şimşek iş adamları və investorlara Türkiyənin iqtisadi siyasətləri haqqında təqdimatla çıxış edib.

Məlumata əsasən, türkiyəli nazir fond məbləği 4 trilyon dollara çatan Avropanın yeddi aparıcı fond idarəçisi ilə də görüşəcək.

Bundan əlavə, M.Şimşekin Fransanın maliyyə naziri Bruno Le Maire və Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol ilə də görüşəcəyi gözlənilir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər