Türkiyə XİN rəhbəri küveytli həmkarı ilə görüşüb

Türkiyə XİN rəhbəri küveytli həmkarı ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Ciddədə Küveytin xarici işlər naziri Şeyx Səlim Abdulla Əl-Cabir Əs-Sabah ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının Açıq İştirakçılıq İcraiyyə Komitəsinin iclasında iştirak etmək üçün gəldiyi Ciddədə də ikitərəfli görüşlərə davam edir.

O, Ciddədə Küveytin xarici işlər naziri Şeyx Səlim Abdulla Əl-Cabir Əs-Sabah ilə görüşüb.

Qeyd edək ki, Hakan Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Açıq İştirak üzrə İclasında iştirak edəcək. İclasda İsrailin Qəzzada bütün Fələstin xalqını hədəf almasına qarşı İƏT tərəfindən atılacaq konkret addımlar müzakirə ediləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_