Yaşar Güler Estoniyaya rəsmi səfər edəcək

Yaşar Güler Estoniyaya rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin milli müdafiə naziri Yaşar Güler 18 oktyabr tarixində Estoniyaya rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, Y.Gülər paytaxt Tallində​​ Estoniyanın müdafiə naziri Hanna Pevkur tərəfindən mərasimlə qarşılanacaq.

Məlumata əsasən, səfər çərçivəsində Estoniya ordusu üçün zirehli texnikanın Türkiyədən alınmasına dair müqavilənin imzalanması planlaşdırılır.

Ləman Əsədli
Twitter: Lamanasadli01