Ərdoğan İordaniya Kralı ilə görüşüb

Ərdoğan İordaniya Kralı ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya kralı 2-ci Abdullahla telefonla danışıb.

TurkicWorld-un məlumatına görə, danışıq zamanı İsrail-Fələstin münaqişəsi və regionda humanitar problemlərin həlli üçün görüləcək işlər müzakirə olunub.

İsrail-Fələstin münaqişəsi və bölgədə yaranan humanitar problemlərin həlli üçün görüləcək işlər, sülhün təmin olunması üçün regional və qlobal səviyyədə atılması lazım olan addımlar müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, münaqişələrin bölgəyə yayılma ehtimalına qarşı ayıq-sayıq olmaq lazımdır. O, Türkiyənin gərginliyin aradan qaldırılması üçün vasitəçilik də daxil olmaqla istənilən dəstəyə hazır olduğunu bəyan edib.