Ərdoğan Malayziyanın baş naziri İbrahimlə görüşüb

Ərdoğan Malayziyanın baş naziri İbrahimlə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın baş naziri Ənvər İbrahimlə telefonla danışıb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı İsrail-Fələstin kontekstindəki son hadisələr müzakirə edilib.

Qeyd edək ki, 7 oktyabr tarixində İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Aytac Süleymanova

Twitter: a_alieva_