Bakı. TurkicWorld:
İsveç Türkiyənin ekstradisiyasını tələb etdiyi 28 terrorçudan 22-nin tələbini rədd edib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç danışıb.
"İsveçdən 28 terrorçu cinayətkarın ekstradisiyasını tələb etdik, 22-si rədd edildi. Əgər İsveç Türkiyənin təhlükəsizliyini təhdid edən bir terror təşkilatına ev sahibliyi etməyə davam etsə və terrorçuları təhvil verməsə, NATO - ya üzvlüyündə müsbət bir irəliləyiş olmayacaq",- deyə nazir bildirib.
Qeyd edək ki, İsveçdə NATO-ya üzvlük prosesi davam edərkən əvvəllər də bir çox yerdə Türkiyəni, Türk bayrağını, prezident Ərdoğanı və Qurani-Kərimi hədəf alan təxribatlar təşkil edilib.







