İstanbuldakı terror aktının təşkilatçısı Suriyada zərərsizləşdirilib

İstanbuldakı terror aktının təşkilatçısı Suriyada zərərsizləşdirilib

TurkicWorld

Türkiyənin İstanbul şəhərində ötən il baş verən terror aktının təşkilatçılarından olan Nabo Kele Hayri Türkiyənin Milli Kəşfiyyat Təşkilatı tərəfindən Suriyada zərərsizləşdirilib.

TurkicWorld bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, terrorçu PKK/KCK-PYD/YPG-nin Suriyadakı "kəşfiyyat strukturundan" məsul olub.

Xatırladaq ki, ötən il İstanbulun Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən terror partlayışı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.