Kılıçdaroğlu Türkiyə DİN rəhbərinə təşəkkür edib

Kılıçdaroğlu Türkiyə DİN rəhbərinə təşəkkür edib

Bakı. TurkicWorld:

Kamal Kılıçdaroğlu Ali Yerlikayaya təşəkkür edib.

TurkicWorld-un məlumatına görə,Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu, Daxili işlər naziri Ali Yerlikayay zəng edərək təşəkkür edib.

“Narkotik baronları və quldur dəstələri ilə mübarizə apardığınız üçün sizə təşəkkür edirəm",- deyə Kılıçdaroğlu bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində "Kahramanlar" kod adı ilə miqyaslı antiterror əməliyyatına başlayıb.

Məlumat üçün bildirək ki, Türkiyə ərazisində miqyaslı antiterror əməliyyatları, PKK qruplaşmasının 1 oktyabr tarixində Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında törətdiyi partlayışdan sonra başlayıb.