Türkiyə KKTC-nin Maraşla bağlı qərarlarını dəstəkləyir - Fuat Oktay

Türkiyə KKTC-nin Maraşla bağlı qərarlarını dəstəkləyir - Fuat Oktay

Bakı. TurkicWorld:

Türkiyə Şimali Kipr Türk Respublikasının Maraş bölgəsi ilə bağlı qərarlarını dəstəkləyir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr üzrə Komissiyasının sədri Fuat Oktay deyib.

"Maraşın sahil hissəsi humanitar məqsədlə açılıb. Prosesin davam edəcəyi təqdirdə Türkiyə də öz dəstəyini göstərəcək", - deyə F.Oktay vurğulayıb.

F.Oktay onu da bildirib ki, burada 1878-ci ildən başlayaraq planlı şəkildə vəqflərə aid bir bölgəni işğal edərək, demoqrafik xüsusiyyətlərini dəyişdirərək, müsəlman və türk əhalisini yunanlara çevirərək işğal hərəkatı baş verib.

"Şimali Kipr Daşınmaz Əmlak Komissiyası adlı bir quruluş da yaratdı ki, bu da dünya tərəfindən tanınır. Maraş bölgəsinin ən qısa zamanda "sülh simvolu"na çevrilməsini istəyirik", - deyə o əlavə edib.

Qey edək ki, Şimali Kipr Türk Respublikasının sərhədləri daxilində yerləşən və 1974-cü ildəki hərbi hücumdan sonra imzalanan müqavilə ilə hərbi bölgə statusuna sahib olan Maraşın sahil bölgəsi 2020-ci ildə yenidən açılıb.

Ləman Əsədli

Twitter: lamanasadli01