İtaliyada gözlənilən tətil səbəbindən THY-nin bəzi reysləri təxirə salınıb

İtaliyada gözlənilən tətil səbəbindən THY-nin bəzi reysləri təxirə salınıb

Bakı. TurkicWorld:

İtaliyada gözlənilən tətil səbəbindən Türk Hava Yollarının bəzi reysləri təxirə salınıb

TurkicWorld-un məlumatına görə, bu barədə THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabından açıqlama verib.

“Sabah TK 1877 İstanbul-Milan və TK 1878 Milan-İstanbul, TK 1873 İstanbul-Milan, 29 Sentyabrda isə TK 1874 Milan-İstanbul səfərləri İtaliyadakı tətil səbəbiylə həyata keçirilməyəcək” – deyə paylaşımda qeyd edilib.

Hafiz Rufizoğlu