Son dəqiqə

Türkiyə Türkiyə Voleybol Federasiyası Mehmet Akif Üstündağ

Türkiyə voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı. TurkicWorld:

Türkiyə 2026-cı ildə voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ açıqlama verib.

"Ortaq ev sahibliyi olacaq. Lakin final oyunları Türkiyədə keçiriləcək. 2027-ci il üçün də danışıqlar davam edir", - deyə o əlavə edib.

Qeyd edək ki, daha öncə Türkiyə və İtaliya AVRO-2032 Avropa Futbol Çempionatına namizəd olmaq üçün UEFA-ya birgə müraciət edib.

Ləman Əsədli
Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər