Son dəqiqə

Türkiyə AK Parti Binəli Yıldırım Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sərmayəçilərinin Türkiyəyə marağı artmaqda davam edir - Binəli Yıldırım

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı sərmayəçilərinin Türkiyəyə marağı artmaqda davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Binəli Yıldırım bildirib.

O, türk şirkətlərinin Səudiyyə Ərəbistanındakı imkanlarla daha çox maraqlandığını və bu ölkənin xüsusilə podratçı şirkətləri üçün diqqət mərkəzinə çevrildiyini qeyd edib.

“Türkiyə və Səudiyyə Ərəbistanı lokomotiv rolunu oynayan, daha güclü sinerji yaradaraq bölgəni daha yaxşı və təhlükəsiz edə biləcək iki ölkədir", - deyə B.Yıldırım əlavə edibi.

Qeyd edək ki, iyul ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfər edib. Səfər çərçivəsində Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 50,7 milyard dollarlıq müqavilə imzalanıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər