Son dəqiqə

Türkiyə NATO İsveç Özəl İslamafobiya Can Acun Qurani-Kərim

Aİ ölkələrində müsəlmanlar ciddi şəkildə hədəf alınmağa başlayıb - Can Acun (ÖZƏL)

Bakı. TurkicWorld:

Təəssüflər olsun ki, son illərdə Avropa İttifaqı ölkələrində islamofobiya çərçivəsində müsəlmanlar ciddi şəkildə hədəf alınmağa başlayıb.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli siyasi ekspert Can Acun deyib.

"Xüsusilə radikal ifrat sağçı siyasi strukturlar bunu sistemləşdirib, Qurani-Kərim və hicab isə birbaşa hədəfdir. Son zamanlar Qurani-Kərimin yandırılması kimi hadisələr bu kontekstdə diqqət çəkir", - deyə o əlavə edib.

Türkiyəli ekspertin sözlərinə görə, bu tendensiyaların İsveçin NATO-ya üzvlüyü kontekstində ortaya çıxması da xüsusi diqqət çəkir.

"Ola bilsin ki, bu cür hadisələrlə İsveçin NATO-ya üzv olmasını istəməyən müxtəlif daxili və xarici qruplar Türkiyə-İsveç münasibətlərini gərginləşdirməyə çalışır. Təbii ki, ümumilikdə götürsək, xüsusən də İŞİD terror qrupunun meydana çıxdığı və terroru təbliğ etdiyi dövrlərdə Qərb dünyasının islamafobiyadan müsəlmanlara qarşı qara təbliğat üçün istifadə etməsini, kin və nifrət toxumu səpmək niyyətlərini də unutmaq olmaz", - deyə C.Acun vurğulayıb.

Qeyd edək ki, İsveç və Danimarkada son zamanlar dəfələrlə Qurani-Kərimin yandırılması müşahidə edilib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər