Türkiyə xarici ölkələrlə ticarət həcmini 80 milyard dollara çatdırmağı hədəfləyir

Türkiyə xarici ölkələrlə ticarət həcmini 80 milyard dollara çatdırmağı hədəfləyir

Bakı. TurkicWorld:

Türkiyə uzaq xarici ölkələrlə ticarət həcmini 80 milyard dollara çatdırmağı hədəfləyir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi açıqlama verib.

"2022-ci ildə hazırlanan Uzaq Ölkələr Strategiyası dinamik şəkildə həyata keçirilir. 18 ölkəyə ixracı dörd dəfə artırmaq və 80 milyard dolları ötmək hədəflənir", - deyə nazirlikdən bildirilib.

Bundan əlavə, türk markasının tanınmasını artırmaq, bazarın şaxələndirilməsi yolu ilə yeni bazarlara çıxmaq və mövcud bazarlarda mövqeyimizi gücləndirmək, ixracatçıların ehtiyac və tələblərinə cavab vermək üçün işlərin davam etdiyi bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyənin ümumi ixrac həcmi 254 milyard 172 milyon dollar təşkil edib ki, bunun da 55 faizi Avropaya, 45 isə Yaxın və Orta Şərq ölkələrinə edilib.

Ləman Əsədli

Twitter: lamanasadli01