Bakı. TurkicWorld:
Tekfen Holdinq üç yeni şirkət quracaq.
TurkicWorld-un məlumatına görə, Tekfen Holdinq bərpa olunan enerji, aktiv və daşınmaz əmlakın idarə edilməsi sahəsində yeni şirkət qurmaq qərarına gəlib. Holdinq həmçinin "Tekfen Derince A.Ş." adlı yeni bir şirkət quracaq.
Holdinqin idarə heyəti bərpa olunan enerji həlləri üzərində fəaliyyət göstərmək üçün "Tekfen Yenilenebilir Enerji Çözümleri A.Ş." adını təsis edib.
Holdinq həmçinin gəlir gətirən daşınmaz əmlaklarını yeni yaradılmış “Tekfen Varlıq ve Əmlak İdarəetmə A.Ş.” şirkətinə satmağı planlaşdırır. Onun təhvil verilməsi üçün lazımi prosedurlara başlanılması qərara alınıb.