Aİ Türkiyə olmadan qlobal aktor ola bilməz - Fuat Oktay

Aİ Türkiyə olmadan qlobal aktor ola bilməz - Fuat Oktay

Bakı. TurkicWorld:

Avropa İttifaqı Türkiyə olmadan qlobal aktor ola bilməz.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr üzrə Komissiyasının sədri Fuat Oktay deyib.

F.Oktay onu da bildirib ki, Türkiyə Qara dəniz taxıl dəhlizinin yenidən fəlaiyyət göstərməsi üçün səylərini davam etdirir.

"Qara dəniz taxıl dəhlizinin fəlaiyyətinin yenidən bərpa edilib-edilməməsi bütün dünya üçün vacibdir. Türkiyə olaraq bu məsələ üzərində çox çalışırıq", - deyə o əlavə edib.

Bundan əlavə, o, İsveçin NATO-ya üzvlüyü ilə bağlı araşdırmaların davam etdiyi qeyd edib.

Ləman Əsədli

Twitter: lamanasadli01