Son dəqiqə

Türkiyə İstanbul Dəniz Qüvvələri Komandanlığı İsparta Eğirdir gölü

Türkiyənin Eğirdir gölündə xeyli sayda əl qumbarası aşkar edilib

Bakı. TurkicWorld:

İsparta şəhərində yerləşən Eğirdir gölündə doqquz ədəd əl qumbarası aşkar edilib.

TurkicWorld xəbər verir ki, hadisə yerinə dərhal polis qrupları cəlb edilib.

Məlumata əsasən, təhlükəsizlik tədbirləri məqsədilə gölə giriş-çıxışlar bağlanıb, hadisə ilə bağlı araşdırma davam edir.

Bundan əlavə, sudakı əl qumbaralarını çıxarmaq üçün İstanbul Dəniz Qüvvələri Komandanlığından bomba zərərsizləşdirmə mütəxəssislərinin gəlməsi gözlənilir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər