Son dəqiqə

Azərbaycan Qazaxıstan Özbəkistan Elnur Əliyev Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatı Kubanıçbek Ömüraliyev

Dünya Türk İş Şurasının 10-cu Konqresi başlayıb

Bakı. TurkicWorld:

Dünya Türk İş Şurasının 10-cu Konqresi İstanbulda işinə başlayıb.

TurkicWorld xəbər verir ki, Dünya Türk İş Şurasının 10-cu Konqresinin rəsmi açılışından əvvəl “Türk Dövlətlərinin Təşkilatı: Beş Dövlət Bir Diaspor” paneli keçirilib.

Məlumata əsasən, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömuraliyevin moderatorluğu ilə keçirilən paneldə Türkiyə ticarət nazirinin müavini Mustafa Tuzcu, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qazaxıstan iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Özbəkistan investisiya, sənaye və ticarət nazirinin birinci müavini Nozim Xolmurodov, Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Enerji Nazirliyinin müşaviri Şahap Aşıkoğlu iştirak edib.

"Türk Dövlətləri Təşkilatına üzv olan beş ölkə və müşahidəçi üzvləri olan səkkiz ölkə artıq vahid bazara çevrilib. Türk Dövlətləri Təşkilatı olaraq, gömrük, nəqliyyat və xarici ticarət kimi sahələrdə ortaq yol xəritəmiz var", - deyə tədbirdə çıxış edən M.Tuzcu qeyd edib.

M.Tuzcu onu da bildirib ki, Türkiyə 6 milyonla dünyada ən çox diasporu olan ölkədir.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər