Bakı. TurkicWorld:
Kilosu 100 min dollarlıq yerli döyüş təyyarəsi Kızılelma Türkiyə xəzinəsinə 6 milyard dollar qazandıracaq.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə sənayesi nazirliyi tərəfindən məlumat verilib.
"Türkiyənin Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pilotsuz döyüş təyyarəsi KIZILELMA-nın supersonik versiyasının kiloqram dəyəri 100 min dollara çatıb. Müdafiə sənayesi sahəsində böyük layihələrə imza atan Türkiyə bu texnologiyanın ixracında da böyük irəliləyişlər əldə edib",- deyə məlumatda bildirilib.
Məlumat üçün biildirək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib. "Bayraktar Kızılelma"-nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.
Xatırladaq ki, 25 aprel tarixində Bayraktar KIZILELMA və Pilotsuz Uçuş Aparatı Bayraktar AKINCI sınaq uçuşu zamanı ilk dəfə qol uçuşu həyata keçirib.
Bundan əlavə, 1 may tarixində dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi KIZILELMA ilə F-16 qol uçuşu həyata keçirib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz artaraq, 3,4 milyard dollara bərabər olub.
Bu ilin avqust ayında Türkiyə 376,1 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 12,8 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 5,2 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.
Aytac Süleymanova
Twitter: a_alieva_