Türkiyə Malayziyaya tank əleyhinə silahlar ixrac edəcək

Türkiyə Malayziyaya tank əleyhinə silahlar ixrac edəcək

Bakı. TurkicWorld:

Türkiyə Azərbaycan 18 tank əleyhinə idarə olunan ortamənzilli silahlar ixrac edəcək.

TurkicWorld-un məlumatına görə, Malayziya Müdafiə nazirliyi aprelin 18-də tank əleyhinə idarə olunan ortamənzilli 18 ədəd silahın alınması üzrə tender elan edib. Tender iyunun 1-dək davam edib.

Malayziya Müdafiə nazirliyi tenderdə qalib gələn şirkətin Roketsan KARAOK olduğunu açıqlayıb.

Türkiyənin Roketsan şirkəti, Malayziyaya 18 ədəd KARAOK ATGW-MR sistemi ixrac etməklə yanaşı, hər buraxılış qurğusu üçün də altı raket ixrac edəcək. İxrac paketə həmçinin qapalı simulyator da daxil olacaq.

KARAOK istifadəyə verildikdə, hazırda G-Wagen 4X4 avtomobillərində olan Metis-M ATGW-MR sistemini əvəz edəcək.

Qeyd edək ki, Roketsan-ın 125 mm-lik Koraok qısa mənzilli ATGM-i piyada, amfibiya və xüsusi təyinatlılar üçün nəzərdə tutulub. “Karaok” tank əleyhinə raketin atışı çiyindən atılır, raketin atış məsafəsi min metri keçir. Karaokun çəkisi 25 kq-dan azdır və uzunluğu 110 santimetrə çatır. Raket tandem döyüş başlığı daşıyır və hibrid ikipilləli raket mühərriki ilə təchiz edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_