Bakı. TurkicWorld:
Kərkükün istiqrar və ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəyik.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Türkmənlərin vətəni Kərkük yüz illərdir müxtəlif mədəniyyətlərin bir yerdə sülh içində yaşadığı coğrafiya olub. Bölgənin sülh və əmin-amanlığı üçün Kərkükün istiqrarını pozacaq fəaliyyətlərdən çəkinmək lazımdır. Kərkükdə stabilliyin pozulması İraqın bütövlüyünün pozulması deməkdir",- deyə o vurğulayıb.
Xatırladaq ki, Kərkükdə ordunun nəzarətində olan binanın Kürdüstan Demokratik Partiyasına (KPD) təhvil verilməsinə qarşı çıxanların bağladığı Ərbil-Kərkük avtomobil yolunun açılması tələbi ilə şəhər mərkəzində KDP tərəfdarları aksiya keçirib.
KDP-yə bağlı bu qruplar şəhərin mərkəzində təhlükəsizlik qüvvələrinə hücum edib. Kərkükdə baş verən bu hadisələrdən sonra komendant saatı elan edilib.
Bir müddət sonra isə Kərkük qubernatoru Rakan Səid əl-Cuburi tərəfindən, qərarın təxirə salındığı bildirilib.
Qeyd edək ki, qarşıdurmalar zamanı üç nəfər ölüb, doqquz nəfər isə yaralanıb.
Ləman Əsədli
Twitter: lamanasadli01







