Türkiyə və Bosniya-Herseqovina hərbi əməkdaşlığı genişləndirir

Türkiyə və Bosniya-Herseqovina hərbi əməkdaşlığı genişləndirir

Bakı. TurkicWorld:

Türkiyə və Bosniya-Herseqovina hərbi əməkdaşlığı genişləndirir.

TurkicWorld xəbər verir ki, bu barədə əməkdaşlıq planı Bosniya müdafiə nazirinin müavini Zoran Sajinoviç və Türkiyə səfirliyinin hərbi attaşesi polkovnik Mustafa Sıtkı Tatar arasında paytaxtı Sarayevoda imzalanıb.

Məlumata əsasən, Bosniya Müdafiə Nazirliyi sazişin gələcək əməkdaşlıq üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Bundan əlavə, tərəflər plan çərçivəsində birgə fəaliyyəti daha da artırmaq niyyətində olduqlarını bildirib.

Qeyd edək ki, Balkanların biznes üçün əlverişli investisiya imkanları ilə türk investorları cəlbedici bazara çevrilib. Bundan əlavə, coğrafi mövqeyinə görə Türkiyənin Avropa İttifaqına üzvlüyü üçün mühüm rola malikdir.

Ləman Əsədli

Twitter: Lamanasadli0