Bakı. TurkicWorld:
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan yerli aviasiya mühərrikləri TEI-TF6000/TEI-TF10000-in ilk fırlanan hissələri TEKNOFEST-də nümayiş etdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə TEI (TUSAŞ Motor Sənayesi) direktoru Mahmut Akşit bildirib.
"Pilotsuz Uçuş Aparatları (PUA) və vertolyotların mühərrikləri demək olar ki, hazırdır. Prosesin ən çətin hissəsi başa çatıb, digər hissəsini isə ilin sonuna qədər tamamlamağı planlayırıq", - deyə o əlavə edib.
M.Akşit onu da bildirib ki, motorlarla paralel sınaq qurğusunun hazırlanması üzrə işlər də davam etdirilir.
"TF-6000 motorları ilə təlim təyyarəsi hazırlamaq istəyən xarici müştərilər var. TF-10000 seriyası isə daha yüksək səs sürətinə malik olacaq. Bu, Bayraktar KIZILELMA kimi təyyarələrin səsdən yüksək sürətlə uça bilməsini təmin edir", - deyə o vurğulayıb.
Ləman Əsədli
Twitter: lamanasadli01