Son dəqiqə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası

Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17-21 sentyabr tarixlərində keçiriləcək BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək.

TurkicWorld-un məlumatına görə, prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək. O, Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək.

Ərdoğanın İslamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl dəhlizi kimi mövzularda mühüm mesajlar verməsi gözlənilir.

Qeyd edək ki, prezident Ərdoğan 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək G-20 Liderlər Zirvə toplantısına qatılacaq. Görüşlərdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər