Danimarka müvəqqəti işlər vəkili altıncı dəfə Türkiyə XİN-ə çağırılıb

Danimarka müvəqqəti işlər vəkili altıncı dəfə Türkiyə XİN-ə çağırılıb

Bakı. TurkicWorld:

Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili altıncı dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.

Məlumat üçün qeyd edək ki, Kopenhangendə Qurani-Kərimə qarşı təxribatların davam etməsinin qarşısının alınması üçün növbəti dəfə xəbərdarlıq edilib.

Xatırladaq ki, Müvəqqəti işlər vəkili bundan öncə 18, 21, 22, 23 və 24 avqust tarixlərində Xarici İşlər Nazirliyinə çağırılıb.

Hafiz Rufizoğlu