Bakı. TurkicWorld:
Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus dünyanın ən böyük təyyarə gəmisi USS Gerald R. Fordda texniki baxış keçirib.
TurkicWorld xəbər verir ki, Antalya Hava Limanından havaya qalxan C-2 nəqliyyat təyyarəsi ilə təyyarədaşıyan gəmiyə enən Türkiyə Silahlı Qüvvələrinin heyəti və Səlcuq Bayraktarı Baykar baş direktorunun müavini Mehmet Əli Güney müşayiət edib.
Məlumata əsasən, Baykar komandası ilə ABŞ komandanlığı donanma inventarlarında olan gəmilərin hava gücü imkanları ilə bağlı fikir mübadiləsi aparıb.
Qeyd edək ki, USS Gerald R. Ford təyyarədaşıyan gəmisi Şərqi Aralıq dənizində Türkiyə donanmasının TCG Anadolu hərbi gəmisi ilə birgə təlim keçirir. Təlim çərçivəsində Türkiyə və ABŞ Hərbi Hava Qüvvələri də birgə uçuşlar həyata keçirir.
Ləman Əsədli
Twitter: Lamanasadli01