Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir

Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir

Bakı. TurkicWorld:

Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Türkiyənin ticarət naziri Ömər Bolatla Səudiyyə Ərəbistanının ticarət naziri Məcid bin Abdullah AI Qasabinin görüşü zamanı əldə edilib.

"Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə olunan mövzular, o cümlədən ikitərəfli ticarət, tikinti xidmətləri və Ərəbistanın “Vizyon 2030” layihəsi çərçivəsində əməkdaşlıq imkanları ilə bağlı atıla biləcək konkret addımları qiymətləndirdik", - deyə Ö.Bolat bildirib.

Bundan əlavə, tərəflər ölkələlər arasında yüksək səviyyəli əməkdaşlıq sayəsində ticarət əlaqələrini daha da inkişaf etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17 iyul tarixində Səudiyyə Ərəbistanına səfər edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01