Bakı. TurkicWorld:
Türkiyənin Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pilotsuz döyüş təyyarəsi KIZILELMA-nın supersonik versiyası hazırlanır.
TurkicWorld xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar məlumat verib.
S.Bayraktar onu da bildirib ki, hazırda Kızılelma A supersonik olmayan variantın üzərində işlər davam edir və qısa zamanda tamamlanması gözlənilir.
"Uçuş təhlükəsizliyini artırmaq üçün qabaqcıl alqoritmlər adlandırılan süni intellekt platformalarında araşdırma aparırıq. Amma bu araşdırmalar, xüsusilə silahlı platformalarda insanları tamamilə əvəz edəcək şəkildə deyil. Buna görə də uçuş təhlükəsizliyi və təyyarənin ətrafını görüb başa düşməsini təmin edə biləcək alqoritmlər üzərində daha çox iş aparılır", - deyə o vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib. "Bayraktar Kızılelma"-nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.
Xatırladaq ki, 25 aprel tarixində Bayraktar KIZILELMA və Pilotsuz Uçuş Aparatı Bayraktar AKINCI sınaq uçuşu zamanı ilk dəfə qol uçuşu həyata keçirib.
Bundan əlavə, 1 may tarixində dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi KIZILELMA ilə F-16 qol uçuşu həyata keçirib.
Ləman Əsədli
Twitter: Lamanasadli01